Munich University of Digital Technologies & Applied Sciences (MUDT) Almaniyanın Münhen şəhərində yerləşən, rəqəmsal texnologiyalar və müasir mühəndislik sahələri üzrə ixtisaslaşmış özəl ali təhsil müəssisəsidir. Universitet 2025-ci ilin aprel ayında Bavariya federal əyalətindən dövlət tanınması almışdır.
Universitetin əsas məqsədi tələbələrə müasir texnologiyalar, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal sənaye sahələrində nəzəri və praktiki biliklər qazandırmaqdır.
MUDT Siemens Neuperlach kampusunda yerləşir və sənaye müəssisələri ilə əməkdaşlığa, praktiki layihələrə və innovasiyalara xüsusi önəm verir. Tədris ingilis dilində aparılır.
Universitet bakalavr və magistratura səviyyələrində təhsil təklif edir. Bakalavr proqramları 3,5 il, magistratura proqramı isə 2 il davam edir.
| Proqramlar | İmtahan |
|---|