Recommendation letter və ya tövsiyə məktubu müəllim, professor və ya iş rəhbəri tərəfindən yazılan rəsmi sənəddir. Bu məktubda tələbənin bacarıqları, akademik göstəriciləri, məsuliyyəti və potensialı haqqında məlumat verilir.
Bəs recommendation letter nədir, necə alınır və güclü recommendation letter necə olmalıdır? Bu yazıda bütün detalları sadə şəkildə izah edəcəyik.
Universitetlər bu sənəd vasitəsilə:
Tələbənin dərslərdə necə olduğunu Araşdırma və analiz bacarıqlarını Liderlik və məsuliyyət hissini Komanda ilə işləmə qabiliyyətini Xaricdə təhsilə uyğunluğunu
daha yaxşı qiymətləndirirlər.
Xaricdə təhsil müraciətlərində GPA və IELTS nəticələri vacib olsa da, universitetlər yalnız rəqəmlərə baxmırlar. Onlar tələbənin real potensialını da görmək istəyirlər.
Məhz bu səbəbdən recommendation letter:
Qəbul şansını artırır Tələbəni digər namizədlərdən fərqləndirir Akademik profilinizi gücləndirir Universitetə sizin haqqınızda əlavə fikir verir
Xüsusilə magistr və PhD proqramlarında recommendation letter çox böyük rol oynayır.
Recommendation letter almaq üçün ilk olaraq sizi yaxşı tanıyan müəllim və ya professor seçməlisini.
Ən uyğun şəxslər:
Universitet müəllimləri Akademik rəhbərlər Tədqiqat rəhbərləri Təcrübə rəhbərləri İş menecerləri
ola bilər.
Məktub istəyərkən:
Nə üçün lazım olduğunu izah edin Müraciət etdiyiniz universitetləri bildirin CV və transcript göndərin Deadline tarixini qeyd edin
Bu müəllimin sizin üçün daha güclü məktub yazmasına kömək edir.
Ən böyük səhvlərdən biri nüfuzlu, amma tələbəni yaxşı tanımayan şəxsdən recommendation letter almaqdır.
Universitetlər üçün vacib olan:
Məktubu yazan şəxsin sizi real tanıması Sizinlə akademik və ya professional əlaqəsinin olması Bacarıqlarınızı konkret nümunələrlə izah etməsidir
Əgər magistr üçün müraciət edirsinizsə, akademik müəllimlərdən məktub almaq daha yaxşı seçimdir.
Yaxşı recommendation letter:
Şəxsi və detallı olur Konkret nümunələr göstərir Sadəcə tərifdən ibarət olmur Tələbənin inkişafını izah edir Akademik və şəxsi bacarıqları balanslı şəkildə göstərir
Məsələn:
Liderlik qabiliyyəti Araşdırma bacarıqları Problem həll etmə qabiliyyəti Komanda işi Məsuliyyət hissi
kimi xüsusiyyətlər vurğulana bilər.
Recommendation letter adətən aşağıdakı hissələrdən ibarət olur:
Müəllim özünü təqdim edir və tələbəni haradan tanıdığını yazır.
Tələbənin:
Akademik performansı Layihələri Dərs aktivliyi Şəxsi keyfiyyətləri
haqqında məlumat verilir.
Tələbənin universitet üçün uyğun namizəd olduğu qeyd edilir və tövsiyə olunur.
Əksər universitetlər:
2 və ya 3 recommendation letter
tələb edir.
Bu say universitetə və proqram növünə görə dəyişə bilər.
Bəli. Xaricdə təhsil üçün recommendation letter adətən ingilis dilində təqdim olunur.
Əgər məktub başqa dildədirsə:
Rəsmi tərcümə edilməlidir Bəzi universitetlər notarial təsdiq tələb edə bilər
Məktubu nəzakətli şəkildə istəmək vacibdir. Son ana saxlamaq düzgün deyil.
Ən yaxşı üsul:
Email vasitəsilə yazmaq Ən az 2-4 həftə əvvəl müraciət etmək Lazımi sənədləri göndərməkdir
Ən çox edilən səhvlər:
Generic və qısa məktub yazılması Deadline-a gec qalmaq Tələbəni tanımayan şəxsdən məktub almaq Həddindən artıq şişirdilmiş ifadələr istifadə etmək Eyni məktubu bütün universitetlərə göndərmək
Bu səhvlər qəbul şansını azalda bilər.
Bir çox tələbə bu iki sənədi qarışdırır.
Recommendation letter:
Başqa şəxs tərəfindən yazılır Sizin haqqınızda fikir bildirir
Motivation letter isə:
Özünüz tərəfindən yazılır Məqsədlərinizi və motivasiyanızı izah edir
Hər ikisi müraciət prosesində vacib rol oynayır.
Recommendation letter xaricdə təhsil müraciətinin ən vacib hissələrindən biridir. Güclü və düzgün hazırlanmış tövsiyə məktubu universitet qəbul şansınızı ciddi şəkildə artıra bilər.
Bu səbəbdən:
Doğru müəllim seçmək Vaxtında müraciət etmək Keyfiyyətli və şəxsi məktub hazırlamaq
çox vacibdir.
Əgər xaricdə təhsil planlayırsınızsa, recommendation letter prosesinə erkən başlamağınız tövsiyə olunur.