Niyə Lənkəran Dövlət Universiteti?
Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 319 nömrəli qərarı ilə Bakı Dövlət Universitetinin filialı kimi yaradılmış, Nazirlər Kabinetinin 23 iyul 1992-ci il tarixli, 403 nömrəli sərəncamı ilə isə universitet statusu verilmişdir. Universitet müxtəlif təhsil sahələri üzrə dörd illik (və ya beş illik) bakalavr, iki illik magistr və həmçinin PhD proqramları təklif edir. Universitetdə tədris prosesi Avropa kredit transfer sisteminə (AKTS) uyğun təşkil olunur. Bu gün universitetdə 5 fakültə və 13 kafedra fəaliyyət göstərir. LDU müxtəlif ixtisaslar üzrə 37 bakalavr, 23 magistr və 18 doktorantura proqramı təklif edir. LDU dünya üzrə universitet və institutlarla 50-dən çox tərəfdaşlıq müqaviləsi bağlayıb. Universitet milli institutlar və universitetlərlə də əməkdaşlıq edir.