Rusiyada təhsil
599 Dəfə oxunub

Rusiyada attestatla təhsil

 

Rusiya ərazisinin böyüklüyünə görə dünyada ən böyük ölkədir. Dünya üzrə yaşayış sahəsinin 1/8 hissəsini tutur. Paytaxtı Moskvadır. Rusiya qurudan Norveç, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa, Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ölkələri həmsərhəddir. Əhalisinin sayı 146 milyondan çoxdur.

Rusiya böyük bir ölkədir, Kalininqraddan Vladivostoka qədər 82 bölgədə yerləşən 700-dən çox universiteti var. Mühəndisdən filoloqa qədər müxtəlif peşələr üzrə təhsil verən klassik universitetlər və texnologiya, humanitar elmlər və ya tibb sahələrinə yönəlmiş ixtisaslaşmış universitetlər mövcuddur.

Rusiyada təhsil almaq özü bir prestijdir. 11 illik orta təhsil müddətini başa vuran hər bir kəs attestatla Rusiyada təhsil almaq imkanı əldə edə bilir. Ümumi tibb, əczaçılıq, baytarlıq, klinik ordinatura, elektroenergetika, qida məhsullarının texnologiyası, informasiya sistemləri və texnologiyası, iqtisadiyyat, turizm, idarəetmə, maliyyə, ticarət, mühasibat, marketinq, insan resurslarının idarə edilməsi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya, beynəlxalq əlaqələr, reklam və ictimai əlaqələr, beynəlxalq hüquq, hüquq,turizm, psixologiya, fəlsəfə, tarix, sosiologiya, dilçilik, incəsənət, musiqi, film və televiziya və s. proqramlar üzrə həm bakalavr, həm də magistr təhsili ala bilərsiniz. Rusiya universitetlərinin istər bakalavr, istər magistratura təhsillərindən əldə etdiyiniz diplomlar Azərbaycanda 100% tanınır.

GLC attestat nəticəsi ilə xarici ölkə unviersitetlərində qəbullar həyata keçirməkdədir. Bunun üçün bizimlə əlaqə saxlamağınız yetərlidir.