Qarşılama və Yerləşdirmə
2024-01-06 655 Dəfə oxunub

Qarşılama və Yerləşdirmə

Xaricdə təhsil almaq istəyən hər bir tələbəni, övladını xaricə göndərmək istəyən hər bir valideyni maraqlandıran və narahat edən sual budur ki, təhsil alacağı şəhərə-ölkəyə getdiyi zaman orada qalamaq üçün yer, sığorta, qeydiyyat və s. işlər nece olacaq?

Biz  2010-cu ildən bəri xaricə  göndərdiyimiz bütün tələbələrin ev və ya yataqxana ilə təmin olunmasını, sağlıq sığortasını  universitet qeydiyyatını bir sözlə bütün prosesləri yaxından izləyirik və köməklik göstəririk .

Bizimlə xaricdə təhsil prosesinə başlayan namizədlərə konsultasiya zamanı təhsil alacağı ölkədə qarşılanma, qalacağı yerin təşkil edilməsi, sığorta, miqrasiya ve universitet qeydiyyatı kimi prosedurlarda dəstəyin ehtiyac olub-olmamasını soruşuruq. Müraciətçinin gedəcəyi ölkəyə uyğun olaraq tələbələrin və eyni zamanda istəyinə uyğun olaraq tələbələrin toplu şəkildə yola salınması və qarşılanması və yaxud da fərdi şəkildə yola salınması və qarşılanması həyata keçirilə bilinər. Bunlardan əlavə olaraq, yataqxana təşkili, tibbi sığortanın təşkili, universitet və miqrasiya qeydiyyatlarının həyata keçirilməsi kimi xidmətlər ilə də tələbələrimizə dəstək veririk. Daha sonra, təhsil dönəmində tələbəyə hər hansı bir mövzuda dəstəyə ehtiyac olarsa ərkəz olaraq hər zaman əlimzədn gələn dəsdəyi veririk. Tələbələrimiz məzun olduqdan sonra, diplom tanınması prosesində dəstəyə ehtiyac olarsa, bu istiqamətdə də rəsmi prosedurları həyata keçirməkdə dəstək veririk.  

Bu və digər xaricdə təhsil  xidmətlərimiz üçün ödənşsiz konsultasyalarımıza  yazılmaq üçün əlaqə saxlaya bilersiniz .