Erasmus proqramları nədir?
2023-12-27 685 Dəfə oxunub

Erasmus nədir?

Erasmus tələbə və akademik heyətin mobilliyini təmin edən və eyni zamanda, ali təhsil müəssisələrində beynəlxalq təhsil layihələrinin icrasını dəstəkləyən proqramdır. Erasmus proqramları EACEA – Avropa Komissiyası, Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən dəstəklənir və maliyyələşdirilir.

 

Erasmus xaricidə təhsil proqramının növləri hansılardır?

Erasmus proqramlarının tələbələrin mobilliyini təmin edən 4 istiqamət mövcuddur: mübadilə (exchange), təcrübə proqramları (internships), qısa-müddətli təlimlər (trainings) və magistr dərəcələri (mster’s degrees).

Erasmus mübadilə proqramlarında tələbələr ancaq, təhsil aldıqları ali təhsil müəssisələrinin Erasmus proqramları çərçivəsində Avropa ali təhsil müəssisələri ilə müqavilələri olduğu halda iştirak edə bilərlər. Hazırda isə, əksər unviersitetlər bu proqramlarda iştirak etməkdədirlər. Bu proqramda həm bakalavr, həm magistr, həm də doktorantura tələbələri iştirak edə bilərlər. Bunun üçün tələbə ilk olaraq, təhsil aldığı universitetin beynəlxalq əlaqələr şöbəsindən məlumat ala bilər.

Təcrübə proqramlarına gəlincə isə, bu proqrama tələbələr sərbəst şəkildə müraciət edə biləcəkləri bir proqramdı. Proqramın digər üstünlüyü isə həm tələbə, həm də məzunların müraciət edə bilməsidir. Təcrübələr Avropa ölkələrinin təşkilat və şirkətlərində təşkil olunmaqdadır. Bu müddətdə isə, təcrübəçilərin yaşam xərcləri qarşılanır.

Qısa-müddətli təlimlərə də qoşulmaq üçün tələbə və ya məzun ola bilərsiniz. Ancaq burada daha çox gənclərlə fəaliyyət təcrübəsi olan nazmiədlərə üstünlük verilir.

Magistr (Erasmus Mundus Joint Master Degree) proqramları 70-dən yuxarı müxtəlif proqramı əhatə edir. Bura mühəndislik, humanitar, sosial, səhiyyə, texniki və təbiət elmlərinə aid müxtəlif sahələr daxildir. Bakalavr pilləsinin son kursunda oxuyan və ya artiq məzun olmuş tələbələr bu magistr proqramlarında müraciət edə bilərlər. Çox rəqabətli olan bu proqramların tələbləri yüksəkdir. Dünya üzrə ən yaxşı maliyyələşən təqaüd proqrami kimi bilinir. Eyni zamanda, bu magistr proqramları ilə tələbələrin Avropanın bir neçə universitetində təhsil almaq və Avropanın qabaqcıl təşkilat və şirkətlərində təcrübə proqrami keçmək şansı əldə edirlər.

 

Hansı ölkələrdə təhsil almaq mümkündür?

Erasmus proqramları çərçivəsində iştirakçılar,əsasən,Avropa ölkələrinə səfər edirlər. Ancaq, son illərdə Çin, Hindistan, Braziliya, Cənibi Afrika Respublikası və s. kimi dünyanın müxtəlif ölkələrini siz proqramda görə və bu ölkələrdə Erasmus mobilliyi çərçivəsində ola bilərsiniz.

 

Erasmusun qəbul şərtləri nələrdir və kimlər müraciət edə bilər?

Erasmusun bütün proqramları, istər mübadilə, istər təcrübə, istər təlim, istərsə də magistr proqramları yüksək akademik nəticə və sosial aktivliyi olan müraciətçilərə üstünlük verir.

 

Erasmusun üstünlükləri hansılardır?

Erasmus proqramları vasitəsi ilə iştirakçılar, Avropanın müxtəlif reytinqli universitetlərində təhsil ala, nüfuzlu təşkilatlarda təcrübə keçmək imkanı əldə edirlər. Xüsusən də, magistr proqramlarında tələbələr iki il müddətində hər semestri Avropanın fəqrli universitetlərində oxuyaraq, bu universitetlərin tədris və təcrübəsini almış və eyni zamanda bu ölkələrə səfər edərək yaxından tanımış olur. Eyni zamanda, Erasmusun magistr proqramları dünyaca məşhur və kifayət qədər yüksək maliyyələşən proqramlardı.