Türkiyədə təhsil
2023-12-06 211 Dəfə oxunub

 

Türkiyə təhsili inkişaf etmiş Avropa ölkələrinin səviyyəsinə uyğundur, cəlbedici qiymətlər, əlverişli iqlim və geniş mədəni irs xaricdən gələn tələbələrin sayının artmasına kömək edir.

Türkiyə təhsil sistemi

Türkiyənin təhsil sistemi əksər Avropa ölkələrindən daha gəncdir – əslində o, yalnız Kamalist İnqilabından və Qurtuluş Savaşından sonra rəsmiləşib. Təhsil müəssisələrinin işinin əsas prinsipləri Türkiyə Cümhuriyyətinin konstitusiyasında təsbit edildi, lakin sistem dəyişməyə, təkmilləşməyə və müasirləşməyə davam etdi. Belə ki, 2012-ci ildən ümumtəhsil məktəbləri “4+4+4” sxemi üzrə fəaliyyət göstərir ki, burada ilk 4 il təhsilin aşağı sinfə uyğun olduğu (burada şagirdlərə türk dili və riyaziyyat kimi əsas fənlər tədris olunur), 4 il orta təhsil və yuxarı siniflərimizə uyğun 4 il (istiqamətlərə bölünür). Türkiyədə 9-cu sinifdən sonra təhsili təşkil edən inkişaf etmiş peşə məktəbləri şəbəkəsi də mövcuddur.

Akademik proqramlar

Türkiyə Cumhuriyyətində ali təhsilin hazırkı strukturu Boloniya sisteminə əsaslanır. Tədris ili təxminən sentyabrın ortalarından oktyabrın əvvəlinə qədər davam edir və iyunun əvvəlində başa çatır. Dekabrda iki həftəlik fasilə olmaqla iki semestrə bölünür. Ali təhsil üç səviyyəyə bölünür.

Attestatla qəbul zamanı hansı sənədlər tələb olunur?

Şəxsiyyət vəsiqəsi: Artıq tək şəxsiyyət vəsiqəsi ilədə Türkiyəyə gedə bilərsiniz.
Attestat: Bəzi məktəblərdə attestat gec verildiyindən dolayı və ya 11ci sinfi hələ bitirməmisinzsə məktəbdən attestat əvəzinə arayış ala bilərsiniz.
Transcript
Fotoşəkil: 8 ədəd 3×4 ölçüdə
Fotoçəkil: 8 ədəd 4.5×6 ölçüdə
Əgər 18 yaşınız tamam olmayıbsa ölkədən çıxış üçün valideynlərinizin razılıq ərizəsini notariusdan almalısınız. Hər hansısa bir şəxs oxuyacağınız müddət ərzində bütün təhsil xərclərinizi qarşılayacağına dair notariusda ərizə verməlidir. Bu ata ana və ya başqa bir şəxs ola bilər. Bu sənəd bəzi hallarda ola bilsin lazım olur amma hələlik almasanız yaxşıdır lazım olsa mütəxəssislərimiz sizə deyəcək.

Türkiyədə illik təhsil haqqı nə qədərdir?

Türkiyə universitetlərində illik təhsil haqqı qiymətləri qəbul olmaq istədiyiniz universitetin statusundan asılı olaraq, 500-2200 manat arasında dəyişir. Bundan əlavə, illik təhsil haqqını isə iki hissəyə bölüb 6 aydan bir də ödəyə bilərsiniz.

Qəbul üçün xidmət haqqı nə qədərdir?

Şirkətimiz hal-hazırda Türkiyədə təhsil almaq üçün 50% endirim təşkil edir. Endirimdən yararlanmaq üçün bizə zəng edə və ya yaza bilərsiniz.
Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Əgər sizdə Türkiyədə bakalavr və ya Magistr təhsilinizi davam etdirmək istəyirsinizsə, bizim Xaricdə Təhsil xidmətlərindən yararlana bilərsiz. Xidmətlərimizdən istifadə etdikdə 100% məmnun qalacağınıza zəmanət veririk. Əsas prinsiplərimizdən biri də tələbələrimizə maksimum məmnun etməkdir. 

Portalımız vasitəsi ilə təklif edilən universitetlər üzrə ixtisas seçimi edib bir başa müraciət edə bilərsiniz.

Türkiyədə təhsil üzrə təklif edilən universitetlər üzrə ixtisaslarla tanış olmaq üçün klik edin: Proqramlar